DÜNYA

Şoyqu "Azovstal"la bağlı son vəziyyəti AÇIQLADI - 1908 nəfər...

"Mariupolda yerləşən “Azovstal” metallurgiya zavodunun ərazisindən 177 mülki şəxs, o cümlədən 85 qadın və 47 uşaq xilas edilib".

32gun.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu idarənin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə,  indiyədək 1908 ukraynalı əsgər təslim olub və onlar zavodda bloklanıb.

Rusiya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, zavodun ərazisindən xilas edilən bütün mülki şəxslərə ixtisaslı tibbi və psixoloji yardım göstərilib. 

Şoyqu əlavə edib ki, hərbi əməliyyat başlayandan indiyədək 1 milyon 377 mindən çox insan DXR və LPR-nin təhlükəli bölgələrindən və Ukraynadan Rusiyaya təxliyə edilib.

Nurlan Şiraliyev
 

Oxşar Xəbərlər