DÜNYA

Özünü həkim kimi təqdim edən şəxs əslində görün kim imiş - Qurbanları daha çox qadınlar olub (FOTO)

ABŞ-da özünü həkim kimi təqdim edən şəxs qadınları aldadaraq, onlardan külli miqdarda pul mənimsəyib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Brian Brainard Wedgeworth adlı şəxs onlayn tanışlıq proqramlarında özünü həkim kimi təqdim edərək, otuzdan çox qadını aldadıb.

O, ümumilikdə 1,3 milyon dollardan çox pul mənimsəməkdə təqsirli bilinib.

Vəkil Ceyson Kodi açıqlamasında bildirib ki, 46 yaşlı Wedgeworth Florida və Alabama ştatlarında fırıldaqçılıq sxeminin bir hissəsi kimi 10 fərqli ləqəbdən istifadə edib.

Məhkəmə sənədlərində məlum olub ki, Wedgeworth qadınlardan ona zinət əşyaları və saat kimi qiymətli əşyalar, həmçinin pul göndərmələrini istəyib.

ABŞ Poçt Xidməti və Vergi İdarəsi tərəfindən araşdırılan ərizədə Wedgeworth, elektron fırıldaqçılıq, poçt fırıldaqçılığı, şəxsiyyət oğurluğu və çirkli pulların yuyulması da daxil olmaqla 25 ittihamla günahını etiraf edib.

Wedgeworth-u elektron fırıldaqçılıq və poçt fırıldaqçılığına görə 20 ilə, çirkli pulların yuyulmasına görə 10 il və şəxsiyyət oğurluğuna görə iki ilə qədər həbs cəzası gözləyir.

Nurlan Şiraliyev

ABD'li sahte doktor 1,3 milyon dolarlık 'aşk dolandırıcılığından' suçlu bulundu

Oxşar Xəbərlər