DÜNYA
SON DƏQİQƏ! Polkovniki sükan arxasında güllələyib öldürdülər - FOTOLAR
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) polkovniki Səyyad Xudayari qətlə yetirilib.
32gun.az bu barədə İRNA-ya istinadən xəbər verir.
Məlumata görə, polkovnik şəxsi avtomobilinin sükanı arxasında olarkən ona atəş açıblar.
Beş güllə yarası alan Xudayari yerindəcə ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.

