DÜNYA

DƏHŞƏTLİ HADİSƏ! Bu Universitetin prorektoru uşaqlarını öldürdü, arvadı isə... - Keçmiş deputat imiş (FOTOLAR)

Xarkov şəhər Şurasının keçmiş deputatı, Karazin adına Xarkov Milli Universitetinin elmi işlər üzrə prorektoru Aleksey Navrotski azyaşlı övladlarını - 4 yaşlı oğlu və 6 yaşlı qızını öldürüb. 

Hadisə Navrotskinin öz hesabına məzuniyyətdə olduğu zaman Türkiyənin Alaniya şəhərində baş verib.  Ukraynadan olan ailə Alanyadakı apart-oteldə məskunlaşıbmış.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə zamanı şübhəlinin həyat yoldaşı vanna otağında gizlənə bilib.

Məlumata görə, may ayının 21-də səhər saatlarında ər-arvad arasında mübahisə düşüb, 38 yaşlı ukraynalı arvadına bıçaqla hücum edib, onu yaralayıb, uşaqlarını isə öldürüb. Qadın qaçaraq hamamda gizlənə bilib. Bildirilir ki, zərərçəkənin qışqırıqlarını qonşu otaqda olan valideynləri eşidib və polisə müraciət edib.

Hadisə yerinə gələn həkimlər 4 yaşlı uşaq və onun 6 yaşlı bacısının öldüyünü bildiriblər. Şübhəli şəxs hadisə yerində yaxalanıb. Həyat yoldaşı Xarkovdan gəlib kirayədə qaldıqlarını, aşağı mərtəbədə qayınanası ilə, ərinin isə uşaqları ilə yuxarı mərtəbədə yaşadığını deyib.

Bildirilir ki, Navrotskinin 37 yaşı var. Xarkov Milli Universitetini bank işi üzrə fərqlənmə diplomu ilə bitirib. O, iki dəfə Xarkov rayon Sovetinə, 2015-ci ildə isə şəhər Sovetinə deputat seçilib. Müharibədən əvvəl o, Xarkov Milli Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb. 

Oxşar Xəbərlər