DÜNYA
Yenə də karantin – bu dəfə meymun çiçəyinə görə...
Belçikada meymun çiçəyi xəstəliyinə yoluxanların sayı 3 nəfərə çatıb.
32gun.az-ın xəbərinə görə, bu barədə lesoir.be saytı məlumat yayıb. Qeyd olunur ki, yoluxmuş şəxslər təcrid edilir. Təcrid müddəti xəstəliyin gedişatından asılı olaraq 5 gündən 21 günədək davam edə bilər. Yoluxmuş şəxslərdə xəstəliyin bütün əlamətləri aradan qalxdıqdan sonra evə buraxılır.