"Türkiyə NATO-dan çıxa və yeni ittifaq yaradıla bilər" - Dövlət Baxçalı
“Türkiyə NATO-dan çıxa və yeni ittifaq yaradıla bilər”.
32gun.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı deyib. O, Türkiyənin NATO-dan çıxma ehtimalını etiraf edib.
“Əgər şərtlər həll olunmaz olarsa, hətta NATO-dan çıxmaq da alternativ kimi nəzərdən keçirilməlidir. Biz NATO-dan əvvəl də var idik və NATO olmadan yox olmayacağıq. Əgər Türkiyənin etirazları ciddi qəbul edilmirsə, deməli, onun NATO-dakı mövcudluğu ciddi qəbul edilmir və hörmət edilmir. Qoy İsveçi götürsünlər, Finlandiyanı götürsünlər, Rusiyaya qarşı yeni cəbhə açsınlar. Əgər zərurət yaranarsa, hadisələr başqa seçim qoymazsa, Türkiyə, türk dünyası və İslam ölkələrinin daxil olduğu yeni təhlükəsizlik təşkilatı yaratmaq olar, bəlkə də bu yolla daha yaxşı olar”, – deyə siyasətçi bildirib. //konkret.az