DÜNYA
Daha bir rus generalı ÖLDÜRÜLDÜ - Ukraynada
Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynada öldürülüb.
32gun.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Vaxtilə K.Botaşevin tabeçiliyində xidmət etmiş 3 hərbçi generalın ölümünü təsdiqləyiblər.
Qeyd edək ki, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Luqansk vilayətinin səmasında Su-25 təyyarəsinin vurulmasına dair məlumat yaymışdı.
Bildirilmişdi ki, pilot katapult edə bilməyib.