DÜNYA
Putinin general-polkovnik rütbəsi verdiyi Ruslan Alxanov görün kimdir (FOTO)
Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin rəisi Ruslan Alxanova polis general-polkovniki rütbəsinin verilməsi haqqında fərman imzalayıb.
32gun.az xəbər verir ki, bu barədə məlumat rəsmi hüquqi informasiya portalında dərc edilib:
"Alxanov Ruslan Şahayeviçə polis general-polkovniki xüsusi rütbəsi verilsin"
Qeyd edək ki, Alxanov 2004-cü ilin dekabrından Çeçenistan Respublikasının daxili işlər naziridir. 2011-ci ildə prezidentin sərəncamı ilə ona polis general-leytenantı rütbəsi verilib. “Şücaət” ordenləri, 1-ci dərəcəli “Vətənə xidmətə görə” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilmişdir.
Nurlan Şiraliyev