DÜNYA

Putini hakimiyyətə gətirən müşavir İSTEFA VERDİ - Görün kimdir (FOTO)

Rusiya Federasiyası Prezidentinin müşaviri Valentin Yumaşev vəzifəsini tərk edib.

32gun.az xəbər verir ki, bu barədə Yeltsin Mərkəzinin icraçı direktorunun müavini Lyudmila Telen bildirib. 

"O, öz təşəbbüsü ilə ayrılır. Mən bunu ondan bilirəm" - deyə, Telen qeyd edib.

Qedy edək ki, Valentin Yumaşev Vladimir Putinin hakimiyyətə gəlməsinə kömək edən şəxs kimi tanınır.

Xatırladaq ki, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin müşaviri vəzifəsində çalışan Yumaşev həm də Yeltsinin kürəkəni olub. 

Nurlan Şiraliyev

Oxu.az - Yeltsinin kürəkəni Rusiya prezidentinin müşaviri vəzifəsini tərk  etdi

Oxşar Xəbərlər