DÜNYA

Türkiyə Rusiyanın nəzarətindəki bölgəyə ordu yeridir - PKK lideri QORXU İÇİNDƏ

Suriya Milli Ordusu (SMO) Hələb şəhərinin şimalında hərbi təlim keçirib.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mənbic və Tel Rıfat şəhərlərinə zirehli texnika, ağır və orta dərəcəli silahlar da daxil olmaqla hərbi sursat göndərən Suriya ordusu  “Əməliyyata hazırıq” mesajını verib.

Bunlara cavab olaraq terrordan azad ediləcək bölgələrin Tel Rıfat və Mənbic olduğunu açıqlayan Rəcəb Tayyib Ərdoğan “Bir gecə gözlənilmədən girə bilərik” ifadəsini söyləyib.

Ərdoğanın çıxışından dərhal sonra PKK terror təşkilatının Suriya qolu olan YPG-nin öndə gedən adlarından Nuri Mahmud Türkiyənin Suriyada həyata keçirəcəyi mümkün yeni əməliyyatlarla bağlı təşkilatın mətbuatına danışıb.

Operasyon öncesi YPG'den ABD ve Rusya'ya Türkiye çağrısı | Gazete Yurdu

Türkiyə prezidentinin verdiyi əməliyyat siqnalından təlaşa düşən YPG öndəri ABŞ və Rusiyadan kömək istəyib.

Qeyd edək ki, SMO-nun Tel Rıfat şəhərində PKK terror təşkilatı ilə mümkün əməliyyatlara qarşı hazırlaşdığı da vurğulanıb. Digər tərəfdən, Hələbin şimal çöllərində Suriya Demokratik Qüvvələri (SDQ) və Əsəd rejiminə bağlı quldur dəstələrinin nəzarəti altında olan bölgələrin hava məkanında 6 Rusiya helikopterinin patrul xidməti həyata keçirdiyi görülüb.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik bölgələrinin yaradılması ilə bağlı işlərin tamamlanacağını açıqlamışdı. Türkiyənin antiterror əməliyyatlarını keçirmək istədiyi bölgələr PKK/PYD terrorçularının işğalı altında olsa da, ərazilərin bir hissəsinə ABŞ, bir hissəsinə isə Rusiya nəzarət edir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər