DÜNYA

Maska tələbi geri qayıda bilər - Bu səbəbə görə

Meymunçiçəyi virusuna görə əhaliyə maska taxmaq tövsiyə edilib.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, koronavirus epidemiyasından sonra dünyanın yeni narahatlığı meymunçiçəyi virusu ilə bağlı olub. Belə bir vəziyyətdə ABŞ-ın epidemiya ilə bağlı ən nüfuzlu qurumu olan CDC-dən kritik bir açıqlama gəlib.

Ümumdünya Səhiyyə Təşkilatı dünyada yayılan meymunçiçəyi virusunun 30-a yaxın ölkədə müşahidə edildiyini və virusun daha çox Avropa ölkələrində müşahidə edildiyini və Avropada 911-dən çox təsdiqlənmiş və ya şübhəli hal olduğunu bildirib.

CDC meymunçiçəyi virusu üçün xəbərdarlığını yeniləyib və xəbərdarlığı 2-ci səviyyəyə qaldırmaq qərarına gəlib. Səyahətçilərin maska taxıb-taxmaması məsələsi ölkədə müzakirə mövzusu olub. 

"New York Post” qəzetindəki xəbərə görə, CDC insanlara maska taxmağı tövsiyə edib. //azxeber

Oxşar Xəbərlər