Qaçaqmalçılar iki ölkə arasında tunel qazdılar
Qırğızıstanın xüsusi xidmət orqanları Özbəkistanla sərhəddə qaçaqmalçılıq üçün inşa olunan daha bir məxfi tunel aşkarlayıb.
32gun.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, obyekt iki ölkənin sərhədyanı rayonlarının sakinləri tərəfindən valyuta və qaçaqmal malların daşınması məqsədilə tikilib.
Cinayəti törədən şəxslər artıq təqsirli olduqlarını etiraf ediblər və istintaqla əməkdaşlığa razılaşıblar. Obyektin ölçüləri və digər xüsusiyyətləri hələ dəqiqləşdirilməyib.
Tapılan tunel Qırğızıstan xüsusi xidmət orqanlarının respublikaların sərhəddində tapdığı ilk tunel deyil. Mayın sonunda onlardan daha biri ruhi xəstənin evində tapılıb. Uzunluğu 270 metr, hündürlüyü isə təxminən 1,8 metr olub. //modern.az