HADİSƏ
Gəncədə 23 yaşlı oğlanı maşın vurub
Gəncədə piyadanı avtomobil vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
“VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən 1998-ci il təvəllüdlü İ.Novruzovu vurub.
Piyada dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.