DÜNYA

Millət vəkili şənlikdə güllələnərək öldürüldü - FOTO

Gənc pakistanlı siyasətçi Məhəmməd Zəkəriyə Xan millət vəkili seçkilərində qələbədən sonra onun şərəfinə təşkil edilən şənlik zamanı güllələnərək öldürülüb.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, Xanın tərəfdarlarından biri sevinərək havaya atəş açıb. Lakin bu zaman güllələrdən biri siyasətçiyə dəyib.

Hadisə Pişəvər rayonunda baş verib. 

Oxşar Xəbərlər