DÜNYA

“Azərbaycanla avtomobil əlaqəsini bərpa edəcəyik” - Paşinyandan AÇIQLAMA

"Azərbaycanla avtomobil əlaqəsini bərpa etmək imkanı yaranıb". 

"Unikal" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu fikirləri  Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib. O, Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının Tbilisidə keçirilən iclasında belə deyib. 

“Əgər biz Ermənistanla Azərbaycan arasında yol əlaqəsi üzrə razılığa gələ bilsək, bu layihə əhəmiyyətli dərəcədə dəyişəcək, Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək”.

Paşinyan onu da xatırladıb ki, o, artıq İlham Əliyevlə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı prinsipial razılıq əldə edib.

Eyni zamanda, baş nazir regionda dəmir yollarının inkişafının Gürcüstanın maraqlarına mənfi təsir etməyəcəyini əmin edib.

Oxşar Xəbərlər