DÜNYA ÖZ XƏBƏR

Ağır yol QƏZASI: Beşi polis olmaqla, 6 nəfər YARALANDI

Türkiyənin Əskişəhər vilayətində ağır yol qəzası baş verib.

32gun.az yerli mediaya istinadən xəbər verir ki, idarəetməni itirən avtomobil yol kənarındakı zirehli polis maşınına çırpılıb. Zərbənin təsirindən avtomobil çevrilib.

Nəticədə 6 nəfər yaralanıb. Yaralılardan 5-i xüsusi təyinatlı polis olub. Onlar təcili xəstəxanaya aparılıb.

Hazırda yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər