Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar davam edir.
32gun.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin Terrorla Mübarizə Şöbəsi qruplarının növbəti əməliyyatı Şanlıurfa şəhərində baş tutub.
Belə ki, aralarında HDP Suruç rayon həmsədri Yaşar Gündüzalp və DBP Suruç rayon sədri Rojda Binici olmaqla 24 nəfər saxlanılıb. İfadələri alındıqdan sonra növbətçi məhkəməyə çıxarılan 24 nəfərdən 23-ü həbs edilib. Digər 1 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Nurlan Şiraliyev