ABŞ-ın Alabama ştatında təcili yardım helikopteri qəzaya düşüb.
32gun.az xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) açıqlama yayıb.
Məlumata görə, hadisə yerinə yollanan "Eurocopter EC130" tipli təcili tibbi yardım helikopteri Şelbi dairəsi yaxınlığında qəzaya uğrayıb. Nəticədə hadisə yerində 1 nəfər dünyasını dəyişib, 2 nəfər isə yaralanıb. Xəstəxanaya aparılan yaralılardan birinin vəziyyəti ağır olduğundan onu da xilas etmək mümkün olmayıb.
Nurlan Şiraliyev