DÜNYA ÖZ XƏBƏR

Partlayışda ölən jurnalistlə Putini bağlayan nədir?

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

Universitetskaya sahilindəki kafedə baş verən partlayış zamanı 1 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Partlayışda ölən şəxsin “Vladlen Tatarski”  imzası ilə tanınan rusiyalı bloger Maksim Fomin olduğu bildirilib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, Vladlen Tatarski Rusiya prezindeti Vladimir Putinin tərəfdarı olan bloger kimi tanınırdı. O, Putin tərəfindən Kremldə keçirilən mərasimə (Ukraynanın 4 vilayətinin ilhaqının elan edildiyi mərasim) dəvət alan jurnalistlərdən biri idi.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər