DÜNYA ÖZ XƏBƏR

Sabiq polis rəisi olan general beynəlxalq axtarışa VERİLDİ

Almatı vilayətininin sabiq polis rəisi, Qazaxıstan DİN-nin generalı Serik Kudebayev beynəlxalq axtarışa verilib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, sabiq polis rəisi 2022-ci ildə ölkədə baş verən iğtişaşlar zamanı qanuna zidd hərəkətlər etdiyi üçün ittiham olunub.

Aprelin 3-də keçirilən məhkəmə iclasına gəlməyən generalın ölkədən qaçdığı bəlli olub. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin məlumatına görə, o, martın 23-də Qırğızıstanla sərhədi keçərək, Türkiyəyə uçub. Bu səbəbdən məhkəmə işi təxirə salınıb, general axtarışa verilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər