Banqladeşin paytaxtındakı geyim bazarında güclü yanğın baş verib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında başlayan yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Həmçinin, bazarda 3 minə yaxın mağazanın olduğu və bir çoxunun yararsız hala düşdüyü bildirilib.
Bildirək ki, ölən və yaralılarla bağlı hər hansı məlumat yoxdur.
Qeyd edək ki, hadisə yerinə 600-ə yaxın yanğınsöndürən heyəti cəlb edilib.
Nurlan Şiraliyev