"İsveçin NATO-ya daxil olması üçün heç bir maneə yoxdur".
32gun.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O, açıqlamasında "Təkcə Finlandiya deyil, İsveç də üçtərəfli saziş üzrə öhdəliklərini yerinə yetirib. Buna görə də İsveçin yekun ratifikasiyası və NATO-ya daxil olması üçün heç bir maneə olmamalıdır. Bu, NATO üçün prioritetdir" - qeyd edib.
Qeyd edək ki, Finlandiya bu gün rəsmi olaraq NATO-ya üzv olub.
Nurlan Şiraliyev