ABŞ-da son dövrlər məşhur olan "evdə DNT testi"ndən yararlanan qadın 17 illik ərinin əmisi oğlu olduğunu öyrənib.
32gun.az xaeici KİV-ə istinadən bildirir ki, ABŞ-ın Kolorado ştatında yaşayan Selina və Cozef Quinones cütlüyü 17 ildir evlidirlər.
Ailəsi genləri haqqında daha çox məlumat almaq istəyən Selina evdə etdiyi testlə həyatının şokunu yaşayıb.
Həyat təcrübəsi haqqında kitab yazan Selina "TikTok" hesabında "2006-cı ildə ərimlə evləndim və 3 uşağımız oldu. 2016-cı ildə ediyim DNT testi ilə onun əmim oğlu olduğunu öyrəndim.
Qəribə və qorxunc bir vəziyyət idi. Biz evlənməzdən əvvəl 4 il görüşmüşük və DNT testi etmək fikrimiz də yox idi".
Sosial şəbəkə istifadəçiləri göndərdikləri minlərlə şərhdə ayrılmaları lazım olduğunu bildirib.
Selina boşanmaq fikirlərinin olmadığını və "Ərim və uşaqlarım mənim üçün hər şeydir" deyib.
Əri ilə keçirdiyi illər ərzində qohum olacağını heç düşünmədiyini deyən Selina bütün cütlükləri ailə tarixlərini araşdırmağa çağırıb.
EVDƏ DNT TESTİ NECƏ EDİLİR?
ABŞ-da evdə DNT testləri almaq olduqca sadədir. Bu işi görən bir çox şirkət var və onlardan hər hansı biri ilə əlaqə saxladıöınız zaman evinizə dəst göndərilir. Bu dəstin köməyi ilə siz tüpürcək nümunənizi şirkətə geri göndərirsiniz, nəticələriniz təhlil edilir və tezliklə ailə ağacınıza sahib olursunuz.
Evdə aparılan DNT testlərinə tələbat günü-gündən artsa da, mütəxəssislər bu testlərin bəzən qeyri-sabit nəticələr verə biləcəyini deyirlər.
Ayxan