İngiltərənin Mühafizəkarlar Partiyasından olan immiqrasiya naziri Robert Jenrick sürət həddini aşdığı iddiası ilə açılan məhkəmə işi barədə qərar verilib. 32gun.az xarici KİV-ə istinadən bildirir ki, verilən qərara əsasən nazir 6 ay müddətinə avtomobil idarə etməkdən uzaqlaşdırılıb və 1639 funtsterlinq (təxminən 4 min manat) cərimə olunub.
Yerli mətbuatda yayılan xəbərlərə görə, Jenrik ötən ilin avqustunda Londonu ölkənin şimalındakı Lids şəhəri ilə birləşdirən M1 avtomobil yolunda 40 mil olan (təxminən 65 kilometr) sürət həddini pozub.
Məhkəmədə saatda 68 mil (təxminən 110 kilometr) sürətlə getdiyini etiraf edib.
Jenrik həmçinin 2021-ci ildə sürətli sürdüyünə görə 307 funt sterlinq (təxminən 800 manat) və 3 cərimə balı cərimələnibmiş.
Ayxan