SOSIAL

Daxili işlər naziri vəzifəsindən azad olundu - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri vəzifəsindən azad olunub.

Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun imzaladığı müvafiq sərəncamla Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərov tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov da vəzifəsindən azad olunaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin edilmişdi.

Oxşar Xəbərlər