Türkiyədə iş yoldaşları arasındakı ədavət qanla sonlanıb.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, M.H. adlı şəxs uzun müddətdir düşmənçilik etdiyi iş yoldaşını bıçaqlayaraq hadisə yerindən qaçıb.
Hadisə aprelin 3-ü günorta saatlarında baş verib. Bıçaqlanan Ayhan Ö. polisə zəng vuraraq məlumat verib. Araşdırmalardan sonra M.H. saxlanılaraq həbs edilib.
Nurlan Şiraliyev