Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı keçirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, konfrans zamanı Rusiya XİN rəhbəri Sergey Lavrova, Türkiyədə keçiriləcək 14 may seçkiləri ilə bağlı sual ünvanlanıb.
Lavrov cavabında, "Məni kiminləsə səhv salmadınız, elə deyilmi? Rusiya heç kimin daxili işinə qarışmır. Biz seçki proseslərinin bir parçası deyilik. Bu, suveren bir ölkənin özünün biləcəyi işdir" - deyə, bildirib.
Nurlan Şiraliyev