DÜNYA ÖZ XƏBƏR

Kahramanmaraşda gün ərzində ikinci zəlzələ

Türkiyənin Kahramanmaraş vilayətində gün ərzində ikinci zəlzələ baş verib.

32gun.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 08.40 radələrində baş verən zəlzələ 3,6 bal gücündə olub. Dulkadiroğlu rayonunda baş verən zəlzələ yerin 7 km dərinliyində qeydə alınıb.

Qeyd edək ki, daha əvvəl saat 01.45-də eyni bölgədə 4 bal gücündə zəlzələ olmuşdu.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər