DÜNYA ÖZ XƏBƏR

Quş qripinə yoluxan qadın dünyasını dəyişdi - İLK ÖLÜM HADİSƏSİ

Dünyada quş qripinin H3N8 ştammından ilk insan ölümü baş verib.

32gun.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Dünyasını dəyişən şəxsin Çinin Quanqdonq əyalətində yaşayan 56 yaşlı qadın olduğu bildirilib.

ÜST-dən verilən açıqlamaya görə, Çin Milli Səhiyyə Komissiyası martın 27-də bir nəfərdə A (H3N8) virusunun aşkar edildiyi barədə məlumat paylaşıb. 

Fevralın 22-də xəstəliyə yoluxan şəxs ağır pnevmoniya ilə əlaqədar martın 3-də xəstəxanaya yerləşdirilib və martın 16-da dünyasını dəyişib. Mərhumla təmasda olan şəxslər arasında bu cür hallar aşkar edilməyib.

Çinin Milli Səhiyyə Komissiyası 2022-ci ilin aprelində A (H3N8) tipli quş qripinin ilk insan yoluxmasının aşkar edildiyini açıqlamışdı.

Ayxan

Oxşar Xəbərlər