DÜNYA ÖZ XƏBƏR

"WhatsApp"da daha mesajlar silinməyəcək - YENİLİK

"WhatsApp" yeni funksiya ilə yenilənməyə hazırlaşır.

32gun.az bildirir ki, bu yeni funksiya istifadəçilərə mesajlarını, fotolarını, videolarını, sənədlərini və bütün digər mediaları itirmək riski olmadan ehtiyat nüsxəsini çıxarmağa və saxlamağa imkan verir.

Belə ki, "WhatsApp"ın bulud əsaslı ehtiyat nüsxələmə funksiyası sayəsində hər bir istifadəçi öz "Google Drive" və ya "Apple iCloud" hesabında ehtiyat nüsxəni çıxaracaq. 

Bu xüsusiyyət istifadəçilərə daha çox yaddaş və təhlükəsizlik təmin etsə də, digər tərəfdən, məlumatların nüsxələnməsi avtomatik olaraq edilə bilər.

Deyə bilərik ki, istifadəçilər bu xüsusiyyətdən əl ilə də istifadə edə bilərlər. 

İstifadəçilər bu funksiyanı "manuel" (əl ilə) də istifadə edə bilərlər.

Bununla belə, istifadəçilər WhatsApp məlumatlarının ehtiyat nüsxəsini çıxarmaq üçün əvvəllər Google Disk və ya iCloud hesabı açmalıdırlar.  Yəni bu hesablar olmadan ehtiyat funksiyasından istifadə etmək mümkün deyil.

Sözügedən tətbiqin bulud əsaslı ehtiyat nüsxələmə xüsusiyyəti bir neçə həftə ərzində istifadəçilərə təqdim olunacaq.

Ayxan

Oxşar Xəbərlər