Hakkari-Van avtomobil yolunda dəhşətli yol qəzası baş verib.
32gun.az Türkiyə KİV-nə istinasən bildirir ki, leysan səbəbindən sürüşkən yolda Van istiqamətində hərəkət edən mikroavtobusla İran nömrəli yük maşını toqquşub.
Daha sonra yük maşınının qoşqusu avtobusa çırpılıb. Baş verən yol qəzasında 3 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Hadisə yeriə polis əməkdaşları, xilasedicilər və səhiyyə əməkdaşları cəlb olunub.
Ayxan