Türkiyənin Rize vilayətində əsgərləri daşıyan mikroavtobus qəzaya düşüb.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, nəticədə avtomobildə olan 3 əsgər yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya yerləşdirilib.
Bildirək ki, idarəetmədən çıxan mikroavtobus yol kənarındakı işıq dirəyinə çırpılıb.
Nurlan Şiraliyev