Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 3,9 maqnitudalı zəlzələ olub.
32gun.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 14,92 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 15:44-də qeydə alınıb.
Nurlan Şiraliyev