DÜNYA ÖZ XƏBƏR

Sifarişi ünvana aparan kuryerə silahla hücum etdilər - "Qız məsələsi" (ANBAAN VİDEO)

Türkiyənin Kocaəli şəhərində dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, restoranların birində kuryer işləyən Ö.S dünən axşam saatlarında müştərinin tələb etdiyi sifarişləri qeyd etdiyi ünvana aparıb. Burada onu gözləyən 4 nəfərdən biri Ö.S.-yə tüfənglə hücum edib.

Xəstəxanada normal xidmətdə müalicə olunan Ö.S polisə verdiyi ifadəsində onu vuran şəxsin A.Ö olduğunu, "qız məsələsi" üzündən onunla düşmənçilik etdiyini bildirib.

Kuryerin ifadəsi əsasında polis A.Ö və onu müşayiət edən digər 3 nəfəri tapmaq üçün axtarışlara başlayıb. A.Ö.-nin daha əvvəl də çoxlu sayda cinayətdə əli olduğu məlum olub. Hadisə anı ətrafdakı təhlükəsizlik kamerası vasitəsi ilə lentə alınıb. 

Görüntülərdə hadisəni törədən şəxslərin hadisə yerindən qaçdığı da əks olunub.

Ayxan

Oxşar Xəbərlər