Türkiyədə məktəbliləri daşıyan avtobusla yük maşını toqquşub.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, qəza saat 09.30 radələrində baş verib.
Zərbənin təsirindən aşan avtobus 100 metr sürüklənib. Nəticədə avtobusun sürücüsü və 22 şagird xəsarət alıb. Hadisə yerinə polis və tibbi yardım qrupları cəlb edilib. İlkin müdaxilədən sonra yaralılar Bursa şəhər xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma başladılıb. Bu səbəbdən, yaralıların təhsil aldığı məktəbdə dərslərə 1 günlük fasilə verilib.
Nurlan Şiraliyev