DÜNYA ÖZ XƏBƏR

Yanacaq tankeri "Pikap"la toqquşdu: Ölən və yaralananlar var

Türkiyədə yanacaq dolu tankerlə "Pikap" toqquşub.

32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, toqquşma nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb. Hadisə Şırnak vilayətinin İdil rayonundakı magistral yolda baş verib.

Qəza baş verən əraziyə xilasedicilər, tibbi yardım qrupları və yanğınsöndürənlər cəlb edilib. "Pikap"ın sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər yaralılar isə xəstəxanaya aparılıb. Qəzadan sonra tankerdə başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər