DÜNYA ÖZ XƏBƏR

Futbolçuya bıçaqla hücum edildi

"Antalyaspor"un gənc futbolçusu Mustafa Erdilman tanımadığı şəxs tərəfindən hücuma məruz qalıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ramazan bayramı öncəsi baş verən hadisə zamanı naməlum şəxs futbolçuya bıçaqla hücum edib. Mübahisə zamanı yüngül xəsarətlər alan M.Erdilman müalicə olunmaq üçün xəstəxanaya aparılıb.

Hazırda vəziyyətinin yaxşı olduğu, cümə günündən etibarən məşqlərə başlayacağı bildirilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər