Rusiyanın Murmansk vilayətində MiQ-31 tipli döyüş təyyarəsi qəzaya uğrayıb.
32gun.az xarico KİV-ə istinadən bildirir ki, havada alov aldıqdan sonra yerə çırpılan döyüş təyyarəsinin 2 pilotu atma oturacağından istifadə edərək paraşütlə xilas olub.
Təyyarənin düşmə anı da anbaan qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir:
"Murmansk bölgəsində planlaşdırılmış təlim uçuşu zamanı MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb. Təyyarə insanların olmadığı yerə çırpılıb. 2 pilot atma oturacağından istifadə edərək paraşütlə xilas olub. Axtarış-xilasetmə helikopterləri pilotları olduqları yerdən çıxararaq təxliyyə ediblər”.
Ayxan