Əsrin fəlakəti sayılan və 50 mindən çox vətəndaşın həyatını itirdiyi, 6 fevral zəlzələlərində Adıyamanın Besni rayonunda evləri dağılan, həyat yoldaşı və iki uşağını itirən müəllim F.D-nin əməli hər kəsi şoka salıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, F.D, 12 yaşlı kiçik qızı ilə birlikdə sağ qalıb.
Kiçik qızı ilə həyatda qalmağa çalışan F.D, yaşadıqların evin bağçasında oyun oynayan 12 yaşlı A.İ.D-ni onu evə çağırıb. F.D çağırdığı kiçik qızının başına atəş açıb. Balaca uşaq qan içində yerə yıxılarkən müəllim F.D daha sonra tapança ilə başına atəş açaraq intihar edib.

Silah səslərindən sonra hadisə yerinə səhiyyə işçiləri və polis əməkdaşları sövq edilib. Hadisə yerinə gələn səhiyyə əməkdaşları ağır yaralanan azyaşlı qıza müdaxilə edib. İlk müdaxilədən sonra uşaq xəstəxanaya aparılıb.

Zəlzələdən sonra depressiyaya düşən və eyni zamanda psixoloji dəstək alan müəllim atanın cənazəsi edilən müayinələrdən sonra morqa aparılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Ayxan
