Məşhur amerikalı televiziya xadimi və tok-şou aparıcısı Cerri Springer 79 yaşında vəfat edib.
32gun.az-ın məlumatına görə, Springerin ölüm xəbərini ailəsi açıqlayıb.
Açıqlamada, aparıcının qısa sürən xəstəlikdən sonra Çikaqodakı evində dünyasını dəyişdiyi bildirilib.
Bildirək ki, bir müddət öncə Springerə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulubmuş.
Xatırladaq ki, o, 27 ilə yaxın müddət ərzində "The Jerry Springer Show" proqramının aparıcısı olub.
Nurlan Şiraliyev