Bursada qeyri-adi fırıldaqçılıq hadisəsi baş verib.
32gun.az Türkiyə KİV-n istinadən bildirir ki, 77 yaşlı, təqaüdçü müəllim prof. Dr. Ahmet T.-yə telefonla zəng vuraraq özlərini Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı kimi təqdim ediblər.
Fırıldaqçılar Ahmet T.-yə "Bankların içərisində satqınların olduğu bizəməlumdur. Biz bunu 6 aydır izləyirik. Onları tutmaqda bizə kömək etməyinizi istərdim. Bu, vətəndaşlıq borcudur” deyərək razı salıblar və ondan 1979 ədəd cumhuriyyət qızılı və 400 min avro alıblar.
Polislər həmin şəxslərin saxılması üçün geniş miqyaslı araşdırma başladıb. Bölgədəki təhlükəsizlik kameralarını araşdıran polis əməkdaşları hadisəni törədən şəxslərin müxtəlif vaxtlarda İstanbuldan taksi və avtobusla gəldiyini təyin edib.
Bölgəyə daxil olan taksiləri araşdıran polis əməkdaşları şübhəlilərin şəxsiyyətini müəyyənləşdirərək Əhməd L. (38), qohumu Abdulhakim L. (23), İlyas D. (37), Mehmet Emin K. (34), Mehmet Sinan G. (34) Funda G.-ni (35) tutub.
Hadisə ilə bağlı biri qadın olmaqla 6 nəfər həbs olunub. Lakin qızıl və pulları əldə etmək mümkün olmayıb.
Ayxan
