Bursa şəhərində toy edən cütlük gəlin maşını kimi Türkiyənin yerli avtomobili “Togg”dan istifadə ediblər.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, Bursadan millət vəkili namizədi olan sənaye və texnologiya naziri Mustafa Varank bu barədə gənc cütlüyə ötən gün baş tutan açılışlardan birində söz verib.
Gənc cütlüyün arzularını yerinə yetirən türkiyəli nazir, "Togg"un sürücülüyünü Böyükşəhər Bələdiyyə Başçısı Alinur Aktaşa tapşırıb.
Nurlan Şiraliyev