Tuzlada gəmiqayırma zavodunda təmir işləri aparılan gəmidə yanğın baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb olunub, gəmidən yüksələn tüstü metrlərlə uzaqdan görünüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən yarım saatlıq işdən sonra yanğını söndürüblər.
Məlum olub ki, yanğın qaynaq işləri zamanı baş verib.
Yanğın zamanı ölən və yaralanan olmasa da, gəmiyə xeyli ziyan dəyib.
Ayxan
