Adanada qan donduran qətl və intihar hadisəsi baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Uğur D. qayınanası Şərif Y. və baldızı Sümeyye E.-ni tapança ilə öldürüb, arvadının qohumu Cənnət Y.-ni yaralayıb. O daha sonra öz başına güllə ilə vuraraq intihar edib.
İddiaya görə, fabrikdə fəhlə işləyən 3 uşaq atası Uğur D zorakılıq səbəbiylə 17 illik evliliyini bitirdikdən sonra boşanan həyat yoldaşı Rahime D-nin anasının yaşadığı evə gedib.
Rahime D və anası Şerife Y, bacısı Sümeyye E və bibisi Cənnət Y ilə birlikdə bağda çörək bişirərəkən gəlib. Bu zaman boşanan cütlük arasında mübahisə düşüb. Uğur D yanında gətirdiyi tapançadan orada olan hər kəsə atəş açıb.
Şerif Y., Sümeyye E. və Cənnət Y. çoxsayda güllə yarası alıb və yerə yıxılıblar. Rahime D. isə təşviş içində oradan qaçaraq polis və səhiyyə əməkdaşlarına xəbər verib.
Hadisədən sonra evə daxil olan Uğur D intihar edib.
Olay yerinə gələn qruplar Şerife Y, Sümeyye E və Uğur D-nin öldüyünü müəyyən edib. Cənnət Y təcili yardımla xəstəxanaya çatdırılıb. Həyatını itirən 3 nəfərin cəsədi yarılması üçün morqa aparılıb.
Ayxan