DÜNYA ÖZ XƏBƏR

Bu məhbusun ölümünə görə İsrailə roket atıldı

İsraildə həbs edilən fələstinli məhbus Hıdır Adnan 87 günlük aclıq aksiyasından sonra vəfat edib.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, fələstinli məhbusun ölümündən sonra blokadada olan Qəzza zolağından İsrail istiqamətinə üç roket atılıb.

İsrail ordusu tərəfindən verilən açıqlamada, roketlərin açıq əraziyə düşdüyü, hava hücumundan müdafiə sistemlərinin qarşılıq vermədiyi bildirilib.

Bildirək ki, insan haqları təşkilatları Adnanın səhhəti pisləşdiyi üçün həbsxandan köçürülməməsi halında "müəyyən ölüm riski ilə qarşılaşacağını" bəyan etsə də, İsrail məhkəməsi iki dəfə bu tələbi rədd edib.

Rza Hüseynov  

Oxşar Xəbərlər