DÜNYA ÖZ XƏBƏR

PAYTAXTDA OLAY: Evinin qarşısında dayanan zaman avtomobildən atəş açıb, güllələdilər

Türkiyənin paytaxtı Ankara şəhərində silahlı insident baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Mert Can G. evinin qarşısında dayanan zaman həmin ərazidən keçən avtomobildəki naməlum şəxslər tərəfindən atəşə tutulub.

Ağır yaralanan Mert Can G. hadisə yerinə gələn səhiyyə əməkdaşalrı tərəfindən Dövlət Xəstəxanasına çatdırılıb. 

Polis əməkdaşları hadisəni törədən şəxslərin tutulması üçün əməliyyata başlayıb.

Ayxan

Oxşar Xəbərlər