Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) üzvü Şükrü Erhal silahlı hücuma məruz qalıb.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, Ş.Erhal hücum baş verən zaman ailəsi ilə birlikdə Tekirdağdakı parklardan birində olub.
Bildirilib ki, naməlum şəxs AK Partiya üzvünə 3 dəfə atəş açıb. Hər iki ayağından güllə yarası alan Erhal dərhal xəstəxanaya aparılıb. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Sui-qəsdə cəhd edən şəxs polis tərəfindən axtarışa verilib.
Nurlan Şiraliyev