Malaziyada universitetlərin birində lentə alınan görüntü hamını heyrətə gətirib.
32gun.az xarici mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan malaziyalı tələbə onunla eyni sinifdə oxuyan qızın ətəyinin altdan telefonunun kamerası ilə lentə almağa çalışıb.
Sinifin dolu olmasına baxmayaraq, tələbə sakitcə telefonu çıxardıb və adı açıqlanmayan qrup yoldaşına yaxınlaşıb.
Adı çəkilməyən tələbənin rahat davranışı, digər tələbələni şübhələndirib.
Qızın arxasında əyləşən başqa bir tələbə bunu anlayıb və tez ayağa qalxaraq onun üstünə qışqırıb.
Daha sonra təcavüzkarın arxasınca gedib və onun telefonunu əlindən alıb.
Tələbələr şəkilləri silmək üçün telefonun parolunu istəyərkən o, diz çökərək əməlini etiraf edib.
Təcavüzə məruz qalan gənc qız isə polisə şikayət edib.
Rza Hüseynov