Türkiyənin Beyoğlu bölgəsində oğurluq hadisəsi baş verib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mağaza işçisi polisə zəng edərək, elektronik mağazadan oğurluq edildiyini deyib. Araşdırmalar nəticəsində, oğrunun polisə zəng edən mağaza işçisi olduğu aşkarlanıb.
Məlum olub ki, həmin şəxs iş yerinin əməkdaşına siqnalı söndürməli olduğunu deyib və siqnal kodunu götürüb.
Daha sonra polislə birlikdə seyf açılanda şifrəni görərək əlinə yazıb.
Həmin günün səhər saatlarında mağazaya gələn işçi, qapının açıq olduğunu və seyfdən pulların oğurlandığını görüb.
Təhlükəsizlik kamerası görüntülərini araşdıran polis əməkdaşları müxtəlif aparatlarla iş yerinin qapısını açan oğrunun, siqnalizasiya sisteminin işə düşməsi nəticəsində hadisə yerindən qaçdığını müəyyən edib.
Şübhəli 118 min lirə və elektron avadanlıqla birlikdə polis tərəfindən tutulub.
Rza Hüseynov

