Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində qatar dəmiryolu işçilərini vurub.
32gun.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 2 işçinin öldüyü, 1 işçinin isə yaralandığı bildirilib.
Həmçinin, olay nəticəsində 5 işçinin psixoloji sarsıntı keçirdiyi bildirilir.
Hadisədən qəzanın baş verdiyi Köln-Bonn dəmir yolu xətti müvəqqəti olaraq bağlanıb.
Rza Hüseynov